Təbiəti necə qoruyaq

    

     Təbiətin qorunması – ölkənin təbii ehtiyatların qorunmasını, yaxşılaşdırmasını, eləcə də ətraf mühitə mənfi antropogen təsirinin azaldılmasına yönələn hər bir təsərrüfat fəaliyyətidir.        Respublikamızda ətraf mühitin sağlamlaşdırılmasına dair bir sıra mühüm qanunlar qəbul olunmuş,dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir.Ekoloji problemlərin həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.Lakin təbiəti mühafizə təkcə dövlət tərəfindən deyil,həmçinin cəmiyyət tərəfindən də həyata keçirilməlidir.Çünki ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.




     Təbiət bizim sərvətimiz, var-dövlətimiz, məişətimizin, həyatımızın bir hissəsidir. Biz onu qorumalı, inkişaf etdirməliyik. Son dövrlərdə yaşıllığa verilən diqqət, parkların, ağaclıqların salınması təqdirəlayiqdir






         Hər vaxt təbiəti gətirək yada,     

          O, bizi duyğusuz, ruhsuz sanmasın. 

          Yollar uzansa da, yollar artsa da, 

          Meşələr pozulub yaralanmasın..









    Ağac əkmək çox faydalı həm də çətin olmayan bir işdir.Əkdiyin ağacın necə böyüdüyünü ətrafa kölgə saldığını,bar verdiyini görmək insanı sevindirir.Bütün vətəndaşlar vətənin təbiətini, yaşıllığı qorumağı özlərinə borc bilməlidirlər.

    

   İnsanlar yeni ixtiralar edərkən çalışmalıdırlar ki,onlar təbiətə ziyan vurmasın.Məsələn bezinlə işləyən avtomobillər əvəzinə günəş enerjisi ilə işləyən avtomobillər yaratmaq mümkündür.


    İnsanlar müharibələrə son qoymalıdırlar.Hərbi texnika əvəzinə təbiəti qoruyan texnikaların yaradılmasna daha çox vəsait ayırmalıdırlar.Bütün münasibətləri qarşılıqlı  anlaşma, əməkdaşlıq əsasında qurmalıdırlar.

























Insanlar anlamalıdırlar ki,təbiətə münasibət insanın özü-özünə münasibətidir.








Комментарии

Популярные сообщения из этого блога

Təbiətin dostları

Təbiət bizi köməyə çağırır.