Təbiət bizi köməyə çağırır.
Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik.


Doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin
təbiət muzeyidir. il boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan
sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə
malik göllər,çaylar, min bir dərdin dərmanı olan bulaqlar
Azərbaycanın qədir-qiymətini birə-min artırır. Onun gözəl
təbiəti,iqlimi, torpağı, bitki örtüyü,heyvanlar aləmi son dərəcə
müxtəlif və rəngarəngdir.
Təbiət elə gözəl «sənət əsəri»dir ki, bu əsəri korlamaq insanlıqdan kənardır.Təbiət bir ahəngdir, ritmlə döyünən həssas bir ürəkdir. Bəzən insan korkoranə hərəkət edərək bu ürəyi yaralayır, onun ahəngini pozur. Son dövrlərdə müxtəlif tikintilərin aparılması, təbii qazın şəhər və kəndlərə az verilməsi meşələrin qırılmasına, təbiətin ahəngdar ritminin pozulmasına səbəb olmuşdur. Meşələr bizim təbii sərvətimiz, Azərbaycanın yaraşığıdır. Ancaq çox təəssüf ki, biz bəzən bu gözəlliyin ahəngini pozur, onu korlayırıq. Yaz-yay aylarında meşələrə istirahətə gələnlər, burada dincələnlər bəzən meşəni elə günə qoyurlar ki, adam dəhşətə gəlir. Su verə-verə tüstüləyən yaşıl budaqlara, şiş kimi istifadə edilmək məqsədilə qırılmış çubuqlara, yerə döşəmək üçün yolunan qucaq-qucaq yarpaqlara adam ürək ağrısı ilə baxır.
Düşüb üzü üstə körpə bir ağac,
Kökündən bir addım aralı qalıb.
Bu körpə ağaca kim qıyıb,Allah
Ömrünə-gününə kim balta çalıb?
İqtisadiyyatın sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri ilə nəticələnmişdir. Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:
- · su
ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi
- · yaşayış
məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, kanalizasiya
xətlərinin azlığı;
- · sənaye
müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;
- · münbit
torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);
- · bərk sənaye və
məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan
səviyyədə idarə olunmaması;
- · biomüxtəlifliyin
seyrəkləşməsi;
- · meşə
ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması.

Комментарии
Отправить комментарий