Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. il boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə malik göllər,çaylar, min bir dərdin dərmanı olan bulaqlar Azərbaycanın qədir-qiymətini birə-min artırır. Onun gözəl təbiəti,iqlimi, torpağı, bitki örtüyü,heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir. Təbiət elə gözəl «sənət əsəri»dir ki, bu əsəri korlamaq insanlıqdan kənardır. Təbiət bir ahəngdir, ritmlə döyünən həssas bir ürəkdir. Bəzən insan korkoranə hərəkət edərək bu ürəyi yaralayır, onun ahəngini pozur. Son dövrlərdə müxtəlif t...
Комментарии
Отправить комментарий